Parafin — sərhəd karbohidrogenlərinin (alkanlar), əsasən C18H38-dən (oktadekan) C35H72-dək normal tərkibinin balmumukimilərə bənzər qarışığıdır. Ərimə temperaturu-45-65 C Sıxlıq-0,880-0,915 q/sm3 (15 C) Əsasən neftdən alınır. Ağır və yüngül karbohidrogenlərin sıxlıqlarının tənasüblüyündən asılı olaraq maye, bərk, kiçikkristallik (serezin) şəklində olur. Alman kimyaçı Karl fon Rayhenbax tərəfindən kəşf olunmuşdur.[1]